Zamin Hacıya nə var e.


Zamin Hacıya nə var e. Həyatını, düzənini qurub, hakara-makara yazılar yazıb Azərbaycanın ən bahalı qonarını cibinə qoyur. Keyf saz olanda Rüstəm İbrahimbəyov 30 mində görsənər. Necə ki, YAP-çıların gözündə Heydər xalqa bərabərdi.

Bir problem İlhamdır. Onu da Bayılda devirəcəyik qurtardı getdi.

Posted in Uncategorized | Tagged , , , , | Şərh yazın

8 aprel izlənimlərim.


-      İqtidar maksimum dərəcə də iştirakçıların sayının az olması üçün çalışdı. Bayıla gedən marşrutları yarı yolda saxlayıb sərnişinləri boşaldırdılar. Taksilərə Bayıla tərəf sərnişin daşımaq qadağan olunmuşdu. Dünənki həbslərdə buna hesablanmışdı.

-      Müxalifət həyəcanını itirib. Sıravi müxalifətçilərdə uğursuzluqdan yaranan yorğunluq hakimdir. “Bəlkə bu dəfə oldu” ümüdü ilə yaşayırlar. İnsanlarda əvvəlki hirs, həyəcan qalmayıb. Qocalıblar. 20 ildir eşitdikləri sözlərdi yəqin ondan. Hər şey də bir yerə qədər. Orta da nəticə də olmalıdır da.

-      Gənclər həvəsli görünürlər. Amma uğur olmayandan sonra onlarda.. həvəsdir bəsdir. Yaş artıqca dərd də artır.

-      Isa Qəmbər “yüz minlik” mitinq istəyini dilə gətirdi. Ey İsa Qəmbər, 100 min olanda nə olasıdır ki? Heç Türkiyə kimi yarı-demokratik ölkədə belə kürdlərin 500 minlik mitinqlərini dövlət görməzdən gəlirkən Azərbaycandamı diqqətə alınacaq? (legitimliyi dartışma mövzusu ola bilər bəlkə. Amma rejimin heç vaxt legitimliyi olmayıb ki) İkincisi də, ey İsa Qəmbər, bəs 26 noyabrda 100 minləri meydanda olanda nədən arxa qapıdan qaçırdın? O 100 minlər bu 100 minlərdən fərqlimi olacaq?  Get partiyanın qurultayını keçir, sonra ..

-      İqtidar “qazın çıxması” üçün şərait yaradır. “mitinqə icazə” həm də bunun üçündür.  İnsanlar bir-iki dəfə də bu əraziyə gələcək. Sonra .. İstidə kimdir e Bayıla gedən?

-      Sonda. Şəhərin meydanlarında mitinq hüququndan istifadə eləyə bilməyən partiya evi uçurdulan adama heç nə edə bilməz. Birinci öz hüququnu almalıdır partiya sonra .. Bəsdi yalançılıq etdiz.

Posted in Uncategorized | Tagged , , , , , , | Şərh yazın

Əli Kərimliyə xatırlatma.


Əli Kərimli 2 aprel uğursuzluğunu xalqın üzərinə ataraq deyir, “insanlar sərt mübarizəyə hazır deyildilər”. 2 apreldə milyonlar qorxdu çıxmadı”. Siz qorxduz, siz çıxmadız. Soz qorxub deyə bilmədiz ki, “İlham Əliyev ya adam olub xalqın tələblərini dinləyəcəksin, ya da ölmək bahasına olsa belə səni bitirəcəyik”. Deyə bilmədinz Blefdəndə olsa demək cəsarətini göstərə bilmədiz..
Və birdə. insanlar lider deyilən şəxsdən cəsarət alır.. İnsanların qorxduğu anda lider çıxıb ona cəsarət göstərməyəcəksə təbii ki bu iş alınmaz. Cəsarət sonunda ölümdə olsa bir işi görməldir. Sonunda ölüm olsa siz 2 apreldə meydanda olmalı idiz.. (İsa Qəmnərdə həmçinin)

Posted in Uncategorized | Tagged , , , | Şərh yazın

8 aprel müxalifətin “tüpürdüyünün yaladığı” gün olacaq.


8 apreldə müxalifət eləyəcək.. İlham razılıq verib.. Allah razı olsun. Yaxşı ki, razılıq verib. Verməsə idi nə edəcəkdilər. Heç nə. Baş aldatmaq üçün bir piket keçirəcəkdilər vəssəlam.
Mən müxalifətin bu qədər rəzil vaxtını görməmişdim. Müxalifət mitinq keçirmək hüququnu müzakirə predimeti eləyib. Kimsə deyir ki, “müxalifət Bayılda mitinq keçirməyinin qarşılığı olaraq türmədə yatan üzvlərinin azad olunması təminatını alıb”. Belə bir danışığın olmasını ehtimal belə etmək xalqın nəzdində müxalifətin necə maddən və ruhən bitdiyini göstəricisidir.
Mitinq keçirmək bir siyasi partiyanın təməl hüququdur. Bu hüququnu müzakirə predimeti eləyən siyasətçi gedib evində otursa uaxşı olar. Necə ki oturublarda.
Qısaca, keçən il bu vaxtı Bayıla getməyən müxalifət bu il gedəcək.
P.S. Müxalifət tarixə ancaq belə qərarları ilə düşə bilərdi.. Təəssüf.

Posted in Uncategorized | Tagged , , , | Şərh yazın

Ağdam da Elçibəyin boynundadır.


Bu gün Ağdamın işğalından 18 il ötür. Ağdam Heydər Əliyev zamanın da işğal olunan ilk rayon idi. Açıq demək lazımdır ki, Ağdamın işğalında Heydər Əliyevin elə bir günahı yoxdur. Ölkə o zamanlar tam anlamı ilə bir xaos içərsində idi. Prezident Elçibəy postunu qoyub qaçmış bununla da gələcək faciələrə yol açmışdı. Ölkəni sonu bəlli olmayan bir yolla qoyulmuşdu. Ölkə də güclər arasında kəskin qarşıdurma var idi. Hər kəs yeni yapılanmada yeni mövqelər əldə etmək istəyirdi. Ermənilərdə bu fürsətdən istifadə eləyib, iyun ayının axırlarında Ağdam üzərinə  hücuma keçdilər. Heydər Əliyev ilk başda şəxsi nüfuzundan istifadə eləyib erməniləri geri oturtmaq istədi. Bu həm də Heydər Əliyevin təbliğatı üçündə önəmli idi. Amma, yetərsiz güclə mümkün olmadı. Təbii ki, yerli əhalinin də döyüşmək əvəzinə torpağını qoyub qaçmağı bu işə adətə yağ sürdü. Qaçqın olmağı şəhid olmaqdan üstün tutdular.

Ümumiyyətlə, Qarabağ müharibəsi Azərbaycana çox yaralar vurdu. Birinci, növbədə torpaq itkisindən qabaq biz bir milyon insanımızı itirdik. Həqiqətən də, qaçqınlıq insanı insanlıqdan “çıxardır”. Torpağını, evini, qurulu düzənini itirənlərdən insanlıq adına nə isə gözləmək yanlış olardı. Həyata tutunmaq üçün bu insanlar hər şeyə hazır idilər. Təki, bir tikə çörək olsun. Bundan da Əliyev rejimi çox gözəl şəkildə istifadə elədi. Qaçqınları “bir kilo” una satın aldı. Zatən onlarda satılmağa hazır idilər. Başqa yol ölüm idi. Ölə bilsə idilər, öz torpaqlarında döyüşərək ölərdilər.

Posted in Uncategorized | Tagged , , , | Şərh yazın

Məhkəmənin önündə durdum.


Mejid Merjanlı, (facebookda) irad tutur ki, niyə gənclər siyasi (gənc) məhbusların məhkəməsinə getmirlər. Əvvəlcədən deyim ki, haqlı iraddır. Bu bizim mənəvi borcumuzdur və iştirak etməliyik.

Amma, bu borc kimi, xala-xətrin qalmasın deyə iştirak etməli deyillər. Bu proseslər ölkə siyasi həyatını dəyişə biləcəksə insanlar iştirak edəcək. Cəmiyyətin marağını çəkmək lazımdır bu proseslərə. Yəni, orda təkcə gənclər deyil, partiya sədrləri, hər kəs iştirak etməlidir ki, cəmiyyətin marağı yaransın.

Partiya sədrləri nədən iştirak eləməsin? Mitinqə çıxmırlar, barı heç olmasa məhkəmənin önündə dursunlar.  İkidə bir çıxıbda ondan-bundan fədakarlıq eləməsini istəmələrindənsə özləri də bir dəfə fədakarlıq eləsinlər.

Biz bu günlərə onların “sayəsində” gəldik. Heç olmasa gedib, bir-iki saat günün altında olmaqla onlarda bir bədəl ödənsinlər.  Əli Kərimli seçki gecəsi seçki qərargahına getmirdi, heç olmasa gedib Cabbar Savalanlının məhkəməsinin qabağında dursun. İsa Qəmbər müstəntiqlə nahar eləməyi yaxşı bilir, heç olmasa indi gedib Səbayel məhkəməsində Arif Hacılı ilə (qiyabi olaraq) nahar eləsin.

Və sonda deyim ki, məhkəmələrin önünə ona görə getməmişəm ki psixolojik olaraq yorulmuşam bu məhkəmə önlərində sülənməkdən. Eyni şeyləri demək, eyni şeyləri eləmək adama bıkınlıq verir. Neçə il bu xaraba da İlham Əliyev tutacaq, biz də sadəcə gedib məhkəmənin önündə durmaqla işimizi bitmiş hesab edəcəyik?

Posted in Uncategorized | Tagged , , , , , | Şərh yazın

Futbol əsla sadəcə futbol deyil.


Bizim klubların bu ilki Avropa macəraları başlamadan bitdi. Həmişə olduğu kimi. Əliyevlər çox istəyir ki, idmanın peşəkar növlərində uğur qazanıb bunu özlərinin reklamı üçün sərf etsinlər. Amma olmur. Çünki, sadəcə pul tökməklə, xaricdən oyunçu, məşqçi gətirməklə Avropada uğur qazanmaq olmaz. Futbol kollektiv oyun olduğundan kollektiv (kompleks) də yanaşma tələb eləyir. Yəni, futbolçu yetişdirilməsindən tutmuş ölkənin idarə edilməsinə qədər bir çox məsələləri özündə ehtiva edir. Regionlarda klublara sponsor tapılmır. Məsələn, bələdiyyə orqanları güclənsə yerli klublara elə bələdiyyələr sponsorluq eləyər.

Həm də Əliyevlər, futbolda uğur qazanılmasını istəsə də, bunun bilavasitə öz əlləri ilə baş verməsini istəyərlər. Onlar üçün lazımdır ki, insanlar alt sıralarda sürünsünlər. Özlərinə inamı itirsinlər. Bizim bəzi siyasətçilər kimi, ümüdlərini ya allaha, ya da Avropaya bağlasınlar.

Posted in Uncategorized | Şərh yazın